Avqustun 23-də “Mercedes” markalı avtomaşının yanması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən iki nəfər orada dünyasını dəyişib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, hadisə zamanı Gürcüstan vətəndaşları olan sürücü və bir sərnişin yanıq xəsarətləri almışdı.