SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə günü Şirvan və Zərdabın təbii qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 11:00-dan 15:00-dək “Zərdab” Qazpaylayıcı Stansiyası, 28-29 avqust 2013-cü il tarixlərində isə “Şirvan” QPS-dən qidalanan “Hacıqəhrəmanlı” və “Şirvan sənaye“ ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Zərdab şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələrinə və Şirvanın Hacıqəhrəmanlı qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.