Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri həm ikitərəfli əsasda, həm də MDB İcraiyyə Komitəsinin müşahidə missiyasının tərkibində seçkilərin beynəlxalq müşahidəsini həyata keçirəcək. Bu barədə RF MSK-nın katibi Nikolay Konkin məlumat verib.
“Biz həm ikitərəfli, həm də MDB İcraiyyə Komitəsinin xətti ilə Azərbaycana getmək üçün müvafiq qruplar hazırlayırıq”, - deyə N.Konkin çərşənbə günü jurnalistlərə bildirib.
Azərbaycanda prezident seçkiləri bu ilin oktyabr ayının 9-da keçiriləcək.
Xəbər verildiyi kimi, 2013-cü il avqustun 12-də RF MSK-ya Azərbaycan MSK-dan ölkəyə gələrək prezident seçkilərində ikitərəfli əsaslarla müşahidəçi qismində iştirak etməklə bağlı dəvət daxil olub.