Xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Küveyt və İordaniyanın Azərbaycandakı səfirləri Ğəssan Abdulbari əl-Zəvavini və Adel Məhəmməd Adeylahı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə E.Məmmədyarov ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib, səfirlərin sözügedən əməkdaşlığın genişləndirilməsinə verdikləri töhfəni yüksək qiymətləndirib.