“Azərsu” ASC “Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektorunun tikintisi” layihəsini 2015-ci ildə başa çatdıracaq. Bu barədə ASC-nin məlumatında deyilir.
Layihənin məqsədi Xırdalan şəhəri, Masazır qəsəbəsi və ətraf ərazilərdə toplanan çirkab sularının nəqlini Bakı şəhərinin mərkəzindən kənarlaşdırmaq üçün sistemin yaradılmasıdır.
Qeyd edək ki, hazırda bu ərazilərdə toplanan tullantı suları Bakı şəhərindən keçməklə Hövsan Aerasiya Stansiyasına ötürülür.
Yeni layihə çirkab sularının Qaradağ rayonunun Lökbatan qəsəbəsi istiqamətində özüaxımlı rejimdə nəqlini nəzərdə tutur.
Tunelin ümumi uzunluğu 14750 metrdir.