ATƏT-in seçki müşahidə missiyasının fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən lazımı şəraitin yaradılıb və ölkə bu məsələ ilə bağlı əməkdaşlığa hazırdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Tana de Zuluetonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən belə söyləyib.
XİN mətbuat xidmətinin məlumatına əsasən, cümə axşamı keçirilən görüşdə oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi durum və seçkiləri müşahidə etmək üçün beynəlxalq və yerli müşahidəçilər üçün yaradılmış şərait müzakirə edilib.
Tana de Zulueto Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinq proqramı və müşahidə missiyasının tərkibi, eləcə də qısa və uzunmüddətli missiyalar haqqında məlumat verib.