SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə günü bir neçə rayonun təbii qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Qaz təsərrüfatının payız-qış mövsümünə hazır olması məqsədilə aparılan təmir işləri ilə əlaqədar saat 09:00-dan 18:00-dək bir sıra rayonları təbii qazla təmin edən qazpaylayıcı stansiyalar və ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Tovuz, Quba, İsmayıllı, Qusar, Qazax, Zaqatala, Saatlı, Bərdə, Göyçay, Xaçmaz, Ağstafa, Siyəzən, Füzuli, Abşeron rayonlarının bir sıra yaşayış məntəqələri ilə yanaşı, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsi, Suraxanı rayonunun Yeni Günəşli, Əmircan, Suraxanı, Zıg və Qaraçuxur qəsəbələri, Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, 2-ci sovxoz yaşayış sahəsi, Ləhiş bağları və Nardaran qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.