“KPMG Azerbaijan Limited” şirkəti “Azərpoçt” MMC-nin (Azərbaycanın milli poçt operatoru) 2011-2012-ci illər üzrə maliyyə hesabatının auditini aparacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
“KPMG Azerbaijan Limited” müvafiq tenderin qalibi olub.
Auditin aparılma müddəti 120 gündür. Müqavilənin dəyəri 68 min 284,9 manat təşkil edəcək.
KPMG-nin xidmətlərinin ödənişi İsveçrə hökumətinin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) “Maliyyə sektorunun modernləşdirilməsi” layihəsi çərçivəsində ayırdığı qrantın bir hissəsi hesabına həyata keçiriləcək.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün lisenziya verib.