Bazar ertəsi Bakıda ana və iki uşağını maşın vurub. Nəticədə uşaqlardan biri hadisə yerində həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Yol-nəqliyyat hadisəsi “Toyota” markalı avtomobilin “Kia” markalı avtomobillə toqquşması nəticəsində baş verib. Nəticədə “Kia” yolu keçən paytaxt sakini Ellada İsmayılova, onun oğlu Əli və qızı Fidanı vurub. Oğlan hadisə yerində dünyasını dəyişib, xəsarət almış ana ilə qızı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.