Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 3-5 sentyabr tarixlərində Böyük Britaniyaya işgüzar səfərə yola düşəcək. Bu barədə XİN mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı E.Məmmədyarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, parlamentin xarici əlaqələr və enerji məsələləri üzrə komitələrinin üzvləri və BP şirkətinin baş icraçı direktoru Lamar Makkey ilə görüşləri planlaşdırılıb.
Səfər çərçivəsində E.Məmmədyarov Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda çıxış edəcək və Böyük Britaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşəcək.