Azərbaycan idmançıları 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına 4 lisenziya qazanıblar. Bu barədə gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Olimpiadada iştirak etmək üçün fiqurlu konkisürmə və slalom növləri üzrə ayrı-ayrılıqda iki lisenziya qazanılıb”, - deyə o qeyd edib.
Nazir gələcəkdə Azərbaycanda qış idman növlərinin inkişaf edəcəyinə ümid etdiyini bildirib.
“Şahdağda qış idman kompleksi fəaliyyət göstərir. Azərbaycanda qış idman növlərini inkişaf etdirmək üçün mütəxəssislər cəlb etmək, gəncləri maraqlandırmaq lazımdır”, - deyə A.Rəhimov qeyd edib.