Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 4-5 sentyabr tarixlərində BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində rabitə və informasiya texnologiyaları mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Nyu-Yorkda səfərdə olacaq. Bu barədə nazirliyin saytında məlumat verilib.
Tədbirdə Ə.Abbasov, BMT Baş Assambleyasının prezidenti Vuk Jeremich və BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katibinin müavini Vu Honqbo əsas məruzəçi qismində çıxış edəcəklər.
Sessiyada müzakirələr BMT Baş Assambleyasının Azərbaycan hökumətinin təşəbbüsü ilə “Avrasiya Rabitə Alyansı” (“Eurasian Connectivity Alliance”- EuraCA) yaradılması haqqında qəbul olunmuş qətnaməsi çərçivəsində keçiriləcək.
Səfər çərçivəsində nazirin BMT rəsmiləri, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.