31 avqust tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2013-cü ilin yanvar-avqust aylarında 10,8% - $12 mlrd. 958,9 mln.-a qədər artıb. Bu barədə AMB-nin saytında məlumat verilir.
Bununla yanaşı, 2013-cü ilin avqust ayında AMB-nin valyuta ehtiyatları $78,6 mln. və ya 0,6% artıb.
Xəbər verildiyi kimi, 2013-cü il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $11 mlrd. 694,8 mln. təşkil edib.
2012-ci ildə AMB-nin valyuta ehtiyatları 11,6% artıb.