Azərbaycanın qərb regionunda baş verən yol-nəqliyyat hadisəsi 1 nəfərin ölümü və 5 nəfərin xəsarət alması ilə nəticələnib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Ağstafa rayonunun Qırılı kəndində “VAZ-2106” və “VAZ-21099” markalı avtomobillər toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan hər iki sürücü, həmçinin “VAZ-21099” markalı avtomobilin dörd sərnişini Mərkəzi Rayon Xəstəxanasına çatıdırılıb. “VAZ-21099”un sürücüsü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.