Çərşənbə günü İsmayıllı rayonunda “KamAZ” markalı yük və “Tavriya” markalı minik avtomobillərinin toqquşması iki nəfərin ölümünə səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“KamAZ”ın sürücüsü və minik maşınının sərnişini yol-nəqliyyat hadisəsinin qurbanı olublar. FNH-nin xilasediciləri tərəfindən onların cəsədləri deformasiyaya uğramış maşından çıxarılıb.