Çərşənbə günü Gəncə şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) İqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit komitəsinin 41-ci iclası keçirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi məlumata görə, iclasın gündəliyinə iki məsələ daxil edilib: qlobal iqlim dəyişikliyi və onun Qara dəniz regionuna təsiri, eləcə də komitə sədrinin seçilməsi.
“Son illər bəzi ölkələrdə 100 il ərzində görünməmiş soyuq, qarlı hava müşahidə olunur. Digər ölkələr isə son dərəcə isti yay ayları keçiriblər. Bizim vəzifəmiz birləşərək bu anomal iqlim dəyişiklikləri ilə ümumi mübarizə üsulu tapmaqdır”, - deyə QDİƏT PA-nın baş katibi Kirill Tretyak bəyan edib.
İclasın gündəliyinə daxil olan ikinci məsələyə gəlincə, Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev komitənin sədri seçilib.