Dağlıq Qarabağ münaqişəsinin nizamlanması digər oxşar münaqişələr kimi çox vaxt tələb edə bilər, lakin problemi həll etmək mümkündür. Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa belə hesab edir.
“İnsanlar münaqişənin davam etməsindən daha çox itirdiklərini və onu həll etməyə çalışarlarsa, daha çox şey əldə edəcəklərini anladıqda münaqişəni hər zaman həll etmək mümkündür. Bu, çox ağrılı, çox çətin ola və uzun vaxt apara bilər. Lakin vurğulamaq istərdim ki, bu mümkündür və bunu etmək lazımdır”, - deyə o, cümə axşamı Bakıda jurnalistlərə bildirib.
Sabiq prezidentin sözlərinə görə, dünyanın bir çox hissələrində Dağlıq Qarabağ münaqişəsinə bənzər problemlərin uğurlu həlli nümunələrini tapmaq mümkündür.