“Sumqayıt Kimya Sənaye Parkı” MMC su təchizatı və kanalizasiya sisteminin çəkilməsi üçün podratçı seçimi üzrə tender elan edib. Bu barədə MMC-nin elanında bildirilir.
Su təchizatı və kanalizasiya sistemi 167,66 hektar sahəni əhatə etməlidir.
Elana əsasən, tenderdə iştirak üçün dövlət rüsumu 500 manatdır.
Tender üzrə təkliflər oktyabrın 21-nə qədər qəbul ediləcək, tender proseduru oktyabrın 22-də baş tutacaq.
2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
“Sumqayıt Kimya Sənaye Parkı” ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
“Sumqayıt Kimya Sənaye Parkı”nın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.