“MFX GROUP” holdinqi Azərbaycanda ofis açıb (“MFX GROUP-Azerbaijan”).
Cümə axşamı “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin mətbuat mərkəzində “MFX GROUP-Azerbaijan”ın təqdimatı keçirilib.
Holdinqin prezidenti İqor Volkov qeyd edib ki, şirkətin əsas məqsədi müştərilərin fəaliyyəti üçün bütün zəruri şəraitin təqdim olunmasıdır.
Onun sözlərinə görə, “MFX GROUP-Azerbaijan” ilkin mərhələdə yeni başlayan treyderlər üçün seminarlar keçirməyi planlaşdırır. Bundan başqa, treyderlərə pulsuz hesabların təqdim edilməsi nəzərdə tutulur.
“Biz MDB bazarı üzrə fəaliyyətimizə Bakıdan başladıq, çünki Azərbaycan bu məkanın ən sürətli inkişaf edən ölkəsidir”, - deyə holdinqin MDB ölkələrindəki ofislərinin rəhbəri Yevgeni Jidkov bildirib.
Onun sözlərinə görə, 1-1,5 aydan sonra holdinq Gürcüstanda analoji ofis açmaq niyyətindədir. “Gürcüstanın iqtisadiyyatı çox dəyişkən və buna görə də cəlbedicidir”, - deyə Y.Jidkov izah edib.
O, həmçinin qeyd edib ki, Bakı ofisi iki aksiya keçirməyi planlaşdırır. “Birinci aksiya “Biz Sizin pullarınızı 2 dəqiqəyə iki dəfə artıracağıq” adlanır. İkinci aksiya isə “Yeni ili Sankt-Peterburqda keçir” adlanır və yeni başlayan treyderlər üçün nəzərdə tutulub. İkinci aksiyanın qalibi dekabrın 5-dək ən böyük ticarət balansına malik olan treyder olacaq”, - deyə Y.Jidkov vurğulayıb.
O deyib ki, holdinqin Bakı ofisi Azərbaycanın “AFB Bank”ı ilə əməkdaşlıq qurub. Bu əməkdaşlıq çərçivəsində bank “bir sutka ərzində treyderlərin hesabına pulların köçürülməsi”nə imkan yaradacaq.