Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il büdcəsi neftin qiyməti bir barel üçün $90 hesablanmaqla hazırlanıb. Bu barədə cümə günü jurnalistlərə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Onun sözlərinə görə, fondun 2013-cü il büdcəsi neftin qiyməti bir barel üçün $100 hesablanmaqla hazırlanıb. Lakin 2014-cü il büdcəsində neftin qiymətinin müəyyən edilməsi zamanı konservativ və daha ehtiyatlı proqnoz qəbul olunub – neftin bir bareli üçün $90 nəzərdə tutulub.