Tərtər rayonunda “Mercedes” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər həlak olub. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Qəza cümə gününə keçən gecə Tərtər rayonunun Mamırlı kəndi ərazisində baş verib. Toqquşma nəticəsində “Mercedes”də olan qadın və kişi həlak olub. “Jiquli”nin xəsarət almış sürücüsü isə xəstəxanaya yerləşdirilib.