Prezident İlham Əliyev cümə günü Bakının Nəsimi rayonundakı 19 və 240 nömrəli tam orta məktəblərin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, 1964-cü ildə istismara verilmiş 1600 şagird yerlik 19 nömrəli məktəbdə hazırda 1417 şagird təhsil alır. Məktəbdə bütün sinif otaqları, dörd informatika, kimya, fizika, biologiya kabinetləri, iclas zalı, açıq və örtülü idman meydançaları əsaslı şəkildə yenidən qurulub.
Həmçinin1967-ci ildə istifadəyə verilmiş 1200 şagird yerlik 240 nömrəli məktəbin də bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulub və lazımi avadanlıqla təchiz edilib.