Azərbaycan Respublikasının Milli Məclisi oktyabrın 9-da keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün bir sıra beynəlxalq təşkilatlara rəsmi dəvət göndərib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin mətbuat katibi Akif Nəsirov məlumat verib.
Mətbuat katibi deyib ki, Milli Məclis prezident seçkilərini müşahidə etmək üçün 9 beynəlxalq təşkilata dəvət göndərib. Onun sözlərinə görə, bunlar ATƏT Parlament Assambleyası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, MDB Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Asiya-Sakit Okean hövzəsi ölkələrinin beynəlxalq mərkəzçi demokratları təşkilatı, Latın Amerikası və Karib Hövzəsi ölkələrinin siyasi partiyalarının daimi konfransı, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasıdır.