Bazar ertəsi günün birinci yarısında Bakının mərkəzində iki yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti məlumat verib.
Hər iki hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
28 may küçəsində yeni tikilən binada baş verən yanğın söndürülüb.
Hazırda yanğınsöndürənlər Süleyman Rəhimov küçəsində ikimərtəbəli binada yanğını söndürməyə çalışırlar.
Tələfat yoxdur.