SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 1 mln. 569,86 minə çatıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Bununla yanaşı, təbii qazla təmin olunan abonentlərin 1 mln. 550,854 mini əhali, 19,006 mini qeyri-əhali abonentidir.
Bakı şəhərində “Azəriqaz” abonentlərinin ümumi sayı 681,842 min təşkil edir. Bunların 672,030 mini əhali, 9,812 mini qeyri-əhali abonentidir.
Respublikada 782,825 min əhali abonenti “smart-kart” tipli sayğaclarla təmin olunub.