Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Sudan Respublikasına yardım etməyə hazırdır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Sudan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Elias Məhəmməd əl-Haqı qəbul edərkən belə söyləyib.
Görüşdə Azərbaycan-Sudan münasibətləri, Afrikada, o cümlədən Cənubi Qafqazda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Məhəmməd əl-Haqı ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.