“Azərsu” Yardımlı rayonunun 15 kəndinin su təchizatının yaxşılaşdırılması ilə bağlı layihənin icrasına başlayıb. Bu barədə ASC-dən məlumat verilib.
Layihənin icrası rayonun Osnakəran, Bürzünbül, Vərgədüz, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bilnə, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 min nəfərin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsinə imkan yaradacaq.
Həmin kəndlərə içməli suyun verilməsi məqsədilə 8 km uzunluğunda magistral su xəttinin çəkilməsi planlaşdırılır. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaq.
Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırlması nəzərdə tutulur.