Nəqliyyat Nazirliyi oktyabr ayından ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün kart sisteminin tətbiqini planlaşdırır. Bu barədə çərşənbə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
“İndiyədək 700-dən artıq şəhər avtobusunda kartla ödəniş üçün avadanlıq quraşdırılıb. Proses başa çatmaq üzrədir və məqsədimiz hər bir vətəndaşın bu növ ödənişdən istifadə edə bilməsinə nail olmaqdır”, - deyə M.Pənahov bildirib.
Bununla yanaşı, nazir müavini bu sistemin tətbiqi ilə bağlı bir qədər gecikməni Azərbaycana avadanlıq tədarükü prosesinin ləngiməsi ilə əlaqələndirib.
Bir kartın qiyməti 1 manat təşkil edəcək.