Rəsmi Bakı danimarkalı deputat və jurnalistlərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri barədə məlumatı araşdırır. Bu barədə çərşənbə axşamı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə bu məlumatı araşdırmaq tapşırılıb.
E.Abdullayev qeyd edib ki, araşdırmanın nəticələri üzrə müvafiq qərar qəbul olunacaq.
Xatırladaq ki, Ermənistan mətbuatı bir neçə gün əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanın danimarkalı deputatlar və jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul etdiyi barədə xəbər yayıb.