2013-cü ilin yanvar-avqust aylarında “Şahdağ” elektrik stansiyası 196,2 milyon kilovatsaat elektrik enerjisi istehsal edib. Bu barədə “Azərenerji” SC-nin məlumatında deyilir.
Cari ilin avqust ayında elektrik stansiyası 18,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edib.
“2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində “Şahdağ” elektrik şəbəkəsində təmir işləri davam etdirilir. Enerji blokları və dogər elektik avadanlıqlarında müvafiq işlər aparılır”, - deyə məlumatda qeyd edilir.
“Şahdağ” elektrik stansiyası hər birinin gücü 8,7 MVt olan 12 aqreqatdan ibarətdir.