Çərşənbə günü ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qəbələ şəhərində respublikanın şimal regionunun sakinləri ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Nazir Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarının sakinlərini qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Görüşdə 50-dən çox vətəndaşın müraciətlərinə baxılıb.
H.Bağırov nazirliyin tabeliyində olan yerli strukturların rəhbərlərinə vətəndaşlar tərəfindən qaldırılmış problemlərin diqqətlə öyrənilməsi və qanunvericiliyə uyğun şəkildə təxirəsalınmadan həll edilməsi barədə göstəriş verib. Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həll edilib.