2013-cü ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM-in həcmi 37,4 mlrd. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 5,2% çoxdur. Bu barədə Dövlət Statisika Komitəsinin saytında dərc edilmiş məlumatda deyilir.
Hesabat dövründə qeyri-neft ÜDM-in artımı 10,3% təşkil edib. Bununla yanaşı, 2013-cü ilin yanvar-avqust aylarında respublikada ÜDM-in 55,2%-i qeyri-neft sektorunun payına düşüb.
DSK-nın məlumatına görə, ÜDM-in strukturunda 63,8% istehsal, 29,6% xidmət sahələrinin, 6,6% vergilərin payına düşüb.
Yanvar-avqust aylarında adambaşına ÜDM 4 min 35,7 manat (($5 143,6) təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% artıb.
Azərbaycan hökuməti 2013-cü ilə ÜDM artımını 4,7% səviyyəsində proqnozlaşdırır.
2012-ci ildə respublika üzrə ÜDM 2,2% artıb.