2013-cü ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 22 mlrd. 33,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə adambaşına düşən nominal pul gəlirləri 6% - 2 min 376,2 manata qədər artıb.
Yanvar-avqust aylarında əhalinin gəlirlərinin 68,7%-i istehlaka, 9,1%-i vergi və digər icbari ödənişlərə, 1,7%-i kredit və faiz ödənişlərinə, 20,6%-i əmanət və kapitalın həcminin artırılmasına yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 20 mlrd. manat məbləğində gəlir qalır ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 7,5% çoxdur.