2013-cü ilin I yarısında Azərbaycan vətəndaşlarına xaricdə göstərilən turizm xidmətlərinin həcmi $1,4 mlrd. təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 14,7% çoxdur.
Bu barədə 2013-cü ilin birinci yarısında Azərbaycanın tədiyə balansı hesabatında qeyd olunub. Tədiyə balansı Mərkəzi Bankın saytında dərc edilib.
Bunun 62,1%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı xərclədiyi vəsaitlərin payına düşür.
Bundan başqa, 2013-cü ilin I yarısında Azərbaycanda xarici turistlərə $1,2 mlrd. məbləğində xidmətlər göstərilib.
AMB-nin məlumatına görə, bu xidmətlərin 38,5%-i Azərbaycana işgüzar səfərə gələn qeyri-rezidentlərə xidmət göstəriməsi ilə bağlı olub.