Xaricdə yaşayan Azərbaycan vətəndaşları respublikanın müxtəlif ölkələrdəki 38 səfirlik və konsulluğunda yaradılan seçki məntəqələrinə gələrək növbəti prezident seçkilərində iştirak edə biləcəklər.
“Azərbaycan vətəndaşları səsvermə hüququndan istifadə edərək respublikanın müxtəlif ölkələrdəki 38 səfirlik və konsulluğunda öz namizədlərinə səs verə biləcəklər”, - deyə XİN-in mətbuat katibi Elman Abdullayev cümə günü brifinqdə bəyan edib.
Azərbaycanda növbəti prezident seçkiləri 2013-cü il oktyabrın 9-da keçiriləcək.