Azərbaycanda sərxoş vəziyyətdə olan kişi oğlunu yandırıb. Nəticədə oğul xəstəxanada vəfat edib. Bu barədə “İnterfaks-Azərbayan” agentliyinə bazar ertəsi Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Xəzər rayon Polis İdarəsinin əməkdaşları Buzovna qəsəbəsi sakini Aydın Mehdiyevi saxlayıblar. İlkin istintaqa əsasən, o, sərxoş vəziyyətdə evə qayıdaraq həyat yoldaşı Sahibə Qəmbərova və oğlu Nəcməddinin üzərinə benzin töküb. Ana ilə oğul qaçmağa cəhd ediblər. Nəticədə ana qaça bilib, yeniyetmə isə yox. A.Mehdiyev oğluna çataraq ona od vurub.
1997-ci il təvəllüdlü N.Mehdiyev bir gün öncə Bakı şəhər Yanıq Mərkəzində vəfat edib.
Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.