Ötən həftə Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrində 21 nəfər həlak olub. Bu barədə bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, ötən həftə ölkədə 57 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu hadisələr nəticəsində 94 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ən ağır qəza Ucar rayonunda baş verib. "Hyundai” markalı mikroavtobusun aşması 14 nəfərin yaralanmasına səbəb olub.
Bundan başqa, Ucar rayonunda “VAZ-2106” markalı avtomobil yarğana düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəstəxanaya çatdırılıb.