Prezident İlham Əliyev Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bildirilib ki, 158 nömrəli tam orta məktəb 1961-ci ildə inşa olunub. 1850 şagird yerlik məktəb üç tədris korpusundan və bir yardımçı binadan ibarətdir.
Təhsil Nazirliyinin məlumatına görə, ümumilikdə 2013/2014-cü tədris ilinin ilk günündə 141 min 166 uşaq birinci sinfə gedib.
Bu il 33 min 745 abituriyent tələbə adını qazanıb.