Bazar ertəsi prezident İlham Əliyev və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Azərbaycanda “Baku Open-2013” Beynəlxalq Şahmat Festivalına hazırlıq işlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
FİDE-nin prezidenti Azərbaycanda Azərbaycanda şahmatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Rusiya Federasiyasının Xantı-Mansiysk vilayətində ilk dəfə keçirilən sürətli şahmat üzrə dünya çempionatında Şəhriyar Məmmədyarovun qalib gəlməsini ölkəmizdə şahmatın inkişafının yaxşı göstəricisi kimi dəyərləndirib.
K.İlümjinov həmçinin “Məktəbdə şahmat” proqramının Azərbaycanda fəal şəkildə tətbiq olunmasının əhəmiyyətini və ölkədə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq olunmasının önəmini qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycanda “Məktəbdə şahmat” proqramının ardıcıllıqla reallaşması davam edir. Bu proqram çərçivəsində ölkənin bütün şəhərlərində şahmat məktəbləri bərpa edilir.
Dövlət başçısı “Baku Open-2013” Beynəlxalq Şahmat Festivalının keçirilməsi üzrə Azərbaycanın təşəbbüslərinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasının prezidentinə təşəkkürünü bildirib.