Çərşənbə axşamı səhər saatlarında Zaqatala rayonunda təxminən 4 bal gücündə zəlzələ baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu yerli seysmoloji xidmətə istinadən məlumat verib.
Yeraltı təkanlar 5-7 dəqiqə ərzində hiss olunub.
Zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.