2013-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 4 mlrd. 486 mln. 614,8 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2012-ci ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 mlrd. 180 mln. manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, 2013-cü ilin 8 ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə köçürmələr 7,3% artıb.
Nazirliyin məlumatına görə, cari ilin yanvar-avqust aylarında qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 mlrd. 405 mln. 61,2 min manat vəsait daxil olub (2012-ci ilin analoji dövrü ilə müqayisədə artım 9,7% - İF-Az). Hesabat dövründə qeyri-neft sektoru Vergilər Nazirliyinin xətti ilə büdcəyə bütün daxilolmaların 53,6%-ni təmin edib.
ƏDV üzrə daxilolmalar Vergilər Nazirliyinin xətti ilə dövlət büdəcsinə köçürmələrin 24%-ni, mənfəət vergisi üzrə 38,6%-ni, gəlir vergisi üzrə 12%-ni, aksizlər üzrə 7,6%-ni formalaşdırıb, qalan daxilolmalar isə digər vergilərin payına düşür.
Vergilər Nazirliyinin 2013-cü il üçün dövlət büdcəsinə köçürmələr planı 6,4 mlrd. manat təşkil edir.