Gənclər və idman naziri Azad Rəhimov Gəncədə 60-dan çox vətəndaşı qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Nazir Gəncə və Naftalan şəhərləri ilə yanaşı, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir və Tovuz rayonlarının sakinlərini də qəbul edib.
Vətəndaşların müraciətləri əsasən idman zallarının təmiri, ipoteka kreditinin faiz dərəcəsinin və ilkin ödənişin aşağı salınması, gənclərin yaratdığı QHT-lərin qeydiyyatı və maliyyə dəstəyi ilə bağlı olub.
A.Rəhimov qeyd edib ki, 2014-2018-ci illər üçün regional inkişaf proqramında mövcud idman obyektlərinin təmiri də nəzərdə tutulacaq.
Onun sözlərinə görə, ipoteka kreditinin sadələşdirilməsi istiqamətində nazirlik tərəfindən hazırlanan təkliflər ölkə prezidentinə təqdim ediləcək.