2013-cü ilin yanvar-avqust aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 12 mlrd. 208 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövrü ərzində əhali ticarət obyektlərindən 6 mlrd. 343,3 mln. manatlıq ərzaq (artım 0,5%), 5 mlrd. 864,7 mln. manatlıq qeyri-ərzaq malları alıb (artım 21,6%).
Yanvar-avqust ayları ərzində əhaliyə 3 mlrd. 855,6 mln. manat məbləğində xidmət göstərilib (artım 6,8%). Bununla yanaşı, 2 mlrd. 933,5 mln. manatlıq xidmət (bütün xidmətlərin 59,3%-i) hüquqi şəxslər tərəfindən göstərilib (artım 5,2%).