2013-cü ilin yanvar-avqust aylarında Azərbaycanın daxili bazarına 3 mln. 411,8 min ton neft məhsulu verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili bazara 916,7 min ton dizel yanacağı, 906,8 min ton avtomobil benzini, 357 min ton kerosin, 152,6 min ton mazut, 209,8 min ton neft bitumu, 110,5 min ton maye qaz və 758,4 min ton digər neft məhsulları tədarük edilib.
2013-cü il sentyabrın 1-nə ölkənin neft emalı zavodlarının anbarlarında 44,6 mln. manat dəyərində məhsul, o cümlədən 21,7 min ton avtomobil benzini, 4,7 min ton birbaşa qovulan benzin, 40,2 min ton kerosin, 69,9 min ton dizel yanacağı, 10,8 min ton sürtkü yağı və 2,7 min ton neft bitumu var.