2013-cü ilin yanvar-avqust aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 313,9 min kvadratmetr təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 23% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2013-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 5 554 yerlik orta ümumtəhsil məktəbləri istifadəyə verilib.
Cari ilin 8 ayı ərzində 777 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib.
Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 757,4 min kvadratmetr təşkil edib.