Azərbaycanın din xadimləri ölkə əhalisini oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizdəliyini dəstəkləməyə çağırıblar.
Bununla bağlı qəbul edilən bəyanatda Azərbaycandakı bütün dini konfessiya və icmaların rəhbərləri qeyd edirlər ki, dövlət başçısı postuna iddia edən namizədlər arasında ən layiqli şəxs fəaliyyətdə olan prezidentdir.
Onlar xüsusilə Azərbaycanın daxilində hökm sürən sabitliyi vurğulayıblar.
Ölkənin dini liderləri əmindirlər ki, İ.Əliyevin siyasəti milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının həyatının bütün sahələrində sülh və sabitliyə, inkişaf və tərəqqiyə yönəlib.
“Azərbaycanda din və dövlət arasında qarşılıqlı münasibətlərin möhkəm əsasa malik olması çox yaxşı faktdır. Bu isə dövlətçiliyin, vətəndaş həmrəyliyi və ictimai-siyasi həyatın möhkəmlənməsinə xidmət edir. Azərbaycan vətəndaşları milli, dini, dil və irqi mənsubiyyətlərindən asılı olmayaraq bərabərhüquqlu vətəndaşlar hesab olunurlar və bir ideya ətrafında birləşə biliblər”, - deyə din xadimlərinin bəyanatında bildirilir.
Din xadimləri vurğulayıblar ki, dövlət başçısı postunda İ.Əliyevə alternativ görmürlər.