“Bank Technique”in Bakıda “İnşaatçılar” və “Neftçilər” şöbələri fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında qeyd edilir.
“Xidmət səviyyəsinin yaxşılaşdırılması və müştərilərin tələbatının ödənilməsi məqsədilə Bakıda bankın iki şöbəsi açılıb”, - deyə məlumatda vurğulanır.
Hazırda “Bank Technique”in xidmət şəbəkəsi 32 filial və 8 şöbəni əhatə edir.
“Bank Technique” ASC (əvvəllər “Texnikabank”) 1994-cü ildə yaradılıb.