2003-2012-ci illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac həcmi 5,2 dəfə - $595,3 mln.-a qədər artıb. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edilir.
“Son 10 il ərzində kənd təsərrüfatı məhsullarının ixrac həcmi $115,3 mln.-dan $595,3 mln.-a qədər artıb”, - deyə İ.Abasov bildirib.
Nazir vurğulayıb ki, son 10 il ərzində bitkiçilik məhsullarının ixracı üç dəfə - $279,1 mln.-a qədər, heyvandarlıq məhsullarının ixracı $3,4 mln.-dan $26,9 mln.-a qədər, emal sənayesi məhsullarının ixracı $20,3 mln.-dan $289,3 mln.-a qədər artıb.