Dekabrın 3-də Bakıda Azərbaycan və ABŞ-ın hakimiyyət və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə İKT sahəsində işgüzar forum keçiriləcək. Bu barədə Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) saytında məlumat verilir.
Forum USACC-nin ticarət missiyasının dekabrın 2-5-də Azərbaycana səfəri çərçivəsində keçiriləcək.
Tədbirin təşkilatçıları USACC və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.
Forum zamanı Azərbaycanın hökumət, biznes və sənaye nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Forum iştirakçıları “BakuTel-2013” beynəlxalq sərgisində ABŞ-a məxsus stenddə öz şirkət və məhsullarını təqdim edə biləcəklər.
Amerika nümayəndə heyətinə ölkənin İKT üzrə 15 aparıcı şirkətinin təmsilçiləri daxil olacaq.
USACC 1995-ci ildə Azərbaycanla uzunmüddətli işgüzar əlaqələrin qurulmasına çalışan Amerika şirkətləri üçün aparıcı resurs olaraq yaradılıb.