Azərbaycan və Makedoniya 2014-cü il yanvarın 1-dən gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanı aradan qaldırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Azərbaycan və Makedoniya 2013-cü il aprelin 19-da gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasına dair hökumətlərarası saziş imzalayıblar. Hər iki tərəf avqustun 12-də bu sazişin təsdiq edilməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsini başa çatdırıb.
Razılaşmaya əsasən, 2014-cü il yanvarın 1-dən Azərbaycan və Makedoniya ikiqat vergitutmadan imtina edir.
Makedoniya Azərbaycanın ikiqat vergitutmanı aradan qaldırma prinsipini tətbiq edəcəyi 41-ci ölkədir.
Azərbaycan 43 ölkə ilə analoji sazişlər imzalayıb.